Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.
Qonaq Prezident forumda Azərbaycanın dahi şairi “Heydərbabaya salam” poemasından bir misra səsləndirib.
Pezeşkianın Məhəmmədhüseyn Şəhriyarın Vətən həsrəti ilə yazdığı poemadan məhz “Bir görəydim ayrılığı kim saldı?” cümləsinin yer aldığı misranı səsləndirməsi salonda alqışla qarşılanıb.
Həmin anın videosunu təqdim edirik: