Ru
17:14 / 07 Fevral 2025

Elm və Təhsil Nazirliyinə şöbə müdiri təyin olundu - FOTO

Elm və Təhsil Nazirliyinə şöbə müdiri təyin olundu - FOTO
931

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Vurğulanıb ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar