Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:09 / 03 Yanvar 2023

Elman Rüstəmovun nikahdankənar oğlu Bakıya gətirildi: Məni dəlixanaya saldırmaq istəyir...

20893
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 14 yaşlı yeniyetmə Aqil Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirərək video yaymışdı.



Bakupost.az xəbər verir ki, Aqil yenidən, ikinci dəfə videomüraciət yayıb.

O bildirib ki, birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmov qəzəblənib və anasına zəng edərək onun Bakıya gətirməsini əmr edib.


Aqil qeyd edib ki,  Elman Rüstəmov onu psixoloji dispanserə saldırmaq istəyir:

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji dispanserə saldırmaq istəyir. Mən tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Qeyd edək ki, Aqil hazırda Bakıdadır. O, bir neçə gün əvvəl Bakı-Dubay reysi ilə ölkəyə gətirilib.
Şərhlər
  • Mehti

    Gör milli valyuta kimə etibar olunub.... Ofisdə işləmək xalqa xeyirli olmaq əvazinə nələrlə məşğul olub!?

  • Roma

    Bu xəbərlər özü kifayət qədər ziddiyyətlidir. Belə ki, Aqili İnterpol və ya Elman Rüstəmovun "killer qrupu" gətirməyib ki, yəqin anası göndərib, yəni necə deyərlər xoşa-xoş, zor tətbiq edilmədən və 14 yaşlı yeniyetmə istəsə gəlməyə bilərdi. O ki, qaldı bu xəbərin yayılmasına və Aqilin özü və anasının öz sözləri ilə desək, it həyatı yaşamalarına, bu lap ən böyük lətifə (anekdot) mövzusudur, Belə ki, sizə Dubay və İsveçrədə alınan heç villa demirəm adi mənzilləri, komfortlu bahalı avtomobilləri, nəinki orta səviyyəli heç hər yetən iri səviyyəli məmurların da cüzi qismi ala bilər. Yəqin ki, buna da uyğun yaşamısınız və buna görə də, Elman müəllimə çox sağ ol deməlisiniz. Bir sözlə bu xəbərləri tirajlayan bəziləri yəqin Elmannan pul qoparmaq istəyirlər...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar