Ru
16:54 / 10 Aprel 2025

Türk dövlətlərini Kiprdə səfirlik açmağa kim məcbur edib? -ŞƏRH

 Türk dövlətlərini Kiprdə səfirlik açmağa kim məcbur edib? -ŞƏRH
Eye

"Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər."


Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, əgər Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımağa qərar versəydilər, bu strateji addım kimi qiymətləndirilə bilərdi:



"Ancaq Mərkəzi Asiya ölkələrinin KKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub. Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Statusdakı sualları ona ünvanladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil. Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Kuzey Kıbrısla əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib. Kıbrıs Prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən İlham Əliyev Avropa İttifaqı və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğuladı. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Kuzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil."

Lalə,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar