Ru
17:32 / 25 Sentyabr 2024

Elza Seyidcahan lombard sahibini polisə verdi - 100 minlik qızıllar qaytarılmır

921
Əməkdar artist Elza Seyidcahanın başına yenə iş gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə sənətçi özü "Instagram" səhifəsində məlumat yayıb. O, lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmədiyini açıqlayıb:

"Bir ildən çoxdur, lombarda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyaları girova qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul götürdük. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi.

Lombardda zinət əşyalarımızı mənimsəyən Abdullayev Xəyaldır. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın", - o bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar