Ru
11:29 / 13 Dekabr 2024

Əmək pensiyası ilə TƏMİN OLUNACAQLAR

Əmək pensiyası ilə TƏMİN OLUNACAQLAR
Eye

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” Qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

Həmçinin, minatəmizləmədə istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Bu, “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab edilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar