Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:57 / 20 May 2024

Əməkdar həkim kitab satışından qazandığı pulları “YAŞAT” Fonduna bağışladı - FOTO

12055
Tanınmış həkim-onkoloq Elçin Bilaloğlu müəllifi olduğu "Kim üzr istəməlidir?” adlı kitabın satışından əldə olunan pulları “YAŞAT” Fonduna bağışlayıb.

Bakupost.az xəbər verir ki, həkim 5 min manatdan çox pulu fonda ianə edib.




Qeyd edək ki, Mansurov Elçin Bilal oğlu 3 iyun 1960-ci ildə Kəlbəcər rayonu Qılınclı kəndində anadan olub. 1977-1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-cu ildən Milli Onkoloji Mərkəzində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

1999-cu ildə Tibb elmləri namizədi dərəcəsinə layiq görülüb.

2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistentidir.

O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir.

Onkologiya sahəsində 74 elmi işi və məqalələri dövrü nəşriyyatda və başqa ölkələrdə çap olunub.

Ailəlidir, 3 övladı var.



Həkimin yazdığı "Kim üzr istəməlidir?” adlı kitab ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin bu ərazidə Ermənistan dövlətini necə yaratdığı və erməni millətçilərinin "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qətliamlar, soyqırımlar haqqında tarixi faktlar əsasında məlumatlar verir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar