Ru
17:03 / 19 Mart 2025

Əməliyyat olunan aktyorla bağlı xoş xəbər

Əməliyyat olunan aktyorla bağlı xoş xəbər
Eye

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu gün əməliyyat edilib.

Bakupost.az bildirir ki, bu barədə Teleqraf-a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.

“Bu gün səhər saatlarında əməliyyat edildi. Nəfəs almasında problem yaranmışdı. Çətin əməliyyat idi, amma uğurla keçdi. Komadan ayılıb”, – deyə aktyorun həyat yoldaşı deyib.

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar