Ru
09:43 / 09 Yanvar 2025

Əməliyyat vaxtı ad günü qeyd edən cərrahla bağlı yoxlama başladı - VİDEO

Əməliyyat vaxtı ad günü qeyd edən cərrahla bağlı yoxlama başladı - VİDEO
1094

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl xəstəxanalardan birində cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.

Bakupost.az xəbər verir ki, həkim bu barədə instaqram hesabında paylaşım edib.

Məlumata görə, hadisə “German Hospital”da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyeva olub.

Məsələ ilə bağlı Modern.az Ləman Əliyeva ilə əlaqə saxlayıb.

O deyib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu: “Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər”.

Səhiyyə Nazirliyi əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.

Sözügedən görüntüləri təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar