Ru
10:57 / 19 Fevral 2025

Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı

Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı
1030

Bir neçə gün əvvəl "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açdığına dair xəbər yayımlamışdıq.

Bu barədə Bakupost.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub:

"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib".

Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar