Ru
12:08 / 30 Yanvar 2025

"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı / VİDEO

"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı / VİDEO
1139

Amerikada yaşayan jurnalist Qənirə Ataşova bir müddətdir gündəmdən düşməyən plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı yeni paylaşım edib.

Bakupost.az xəbər verir ki, jurnalist aktrisa Mila Bekovanın başına gələnlərdən yazıb. O bildirib ki, plastik-cərrah bu dəfə aktrisaya uğursuz əməliyyat edib:

"Ülviyyə İlyasovanın “ağ xalat” geyinərək özünü həkim kimi təqdim etməsindən sonra başlanan hüquqi prosedurlar ssenari ilə davam edir. Məsələn, aktrisa Mila Bekova Azərbaycanın prokurorluq orqanlarına heç cür sübut edə bilmir ki, Ülviyyə İlyasova ona əməliyyat edib. Baş vurduğu bütün instansiyalarda “rədd” cavabı alır. Ona deyirlər ki, Ülviyyə İlyasova sənə cərrahi əməliyyat deyil, sadəcə “kosmetoloji prosedur” tətbiq edib. İndi sizə kadrlar təqdim edirəm. Həkimlər, xahiş edirəm, mövqeyinizi bildirin: bu görüntü, kosmetoloji prosedurdur, yoxsa cərrahi əməliyyat?".

Q.Ataşova aktrisanın da açıqlamasını yayımlayıb. O bildirib ki, Ü.İlyasovanın uğursuz əməliyyatının qurbanı olub:

"Bu ixtisassız məni əməliyyat edib, bədənimə infeksiya keçirtdiyini respublika bilir. Əməliyyatdan sonra aylarla yüksək hərarətlə yatmışam, həyatla mübarizə aparmışam. Ülviyyənin bədənimə verdiyi ziyanlara görə 4 dəfə ağır əməliyyat keçirtdim, ağır narkoz aldım. Niyə bu işə baxan yoxdur? Onların yaxınlarının başına belə şey gəlsəydi nə olacaqdı? Bütün rəylər əlimdə var. Amma heç bir yer qəbul etmir. Necə olur ekspertizanın rəyi ilə həkiminki üst-üstə düşmür. Hər dəfə Ülviyyənin yanına gedəndə bədənimdən çirk çıxardanda deyirdi, əlim uzundur, hər yerə çatır. Mən kimə güvənim? Deyirlər, qanunda boşluq var, heç nə edə bilmərik, gedin təzminat açın. Məni hədələyir, "ağıllı ol" yazır. Bu, nə deməkdir? Səsi çıxartmayım, qorxum? Haqımı axtarıram. Deyir ki, mənə əmliyyat yox, kosmetoloji prosedur edib. Hansı kosmetoloji prosedurda adama narkoz verilir, bədənində deşik açılır, korset geyindirilir?".

Qeyd edək ki, Ü.İlyasova bundan əvvəl eltisi, 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanı əməliyyat etdikdən sonra ölməsi ilə gündəmə gəlmişdi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar