Ru
10:29 / 11 Mart 2025

Emin CeyLo ilə tanışlığından danışdı

Emin CeyLo ilə tanışlığından danışdı
Eye

Xalq artisti Emin Ağlarov dünya ulduzu Cennifer Lopeslə tanış olmasından danışıb.

Bakupost.az axşam.az -a istinadən xəbər verir ki, müğənni 20 il əvvəl tanış olduqlarını deyib.

"Atam Amerikadan gəldi və dedi ki, Cennifer Lopesin yardımçıları ilə görüşüb. O, ilk geyim kolleksiyasını təqdim edəcək. Onun mağazasının Rusiyada alış-veriş mərkəzimizdə açılmasını istədi. Bir il sonra onun ilk mağazası Rusiyada açıldı. CeyLo həmin vaxt Mark Entoni ilə görüşürdü. Onlar açılışa birlikdə gəlmişdilər.

Sonra onun Bakıda konsertini etdim. 20 min tamaşaçı gəlmişdi. Uğurlu alındı, özüm də konsertdə çıxış etdim. Sonra onunla kulisdə də görüşdük" deyə, o əlavə edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar