Ru
17:29 / 23 Noyabr 2024

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşdü

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşdü
Eye

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə görüşüb.

Bakupost.az xəbər verir ki, görüş zamanı qurum rəsmiləri İsveçrə ilə baş tutacaq vacib oyun öncəsində yığma üzvlərinə mənəvi dəstək olublar.

Federasiya prezidenti Emin Əmrullayev milli komandanın Azərbaycanın basketbol tarixində yeni uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayaraq, basketbolçularımızın ölkəmizi layiqincə təmsil etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyun noyabrın 24-də, saat 14:00-da start götürəcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar