Ru
13:50 / 12 Mart 2025

Emin İbrahimova 10 il həbs tələb edildi

Emin İbrahimova 10 il həbs tələb edildi
Eye

Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün 1 ay vaxt verilib.

Qeyd edik ki, Emin İbrahimov Nizami rayonu ərazisndə səki ilə hərəkət edərkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Buna görə onlar arasında mübahisə yaranıb. İttihama görə, hisslərini cilovlaya bilməyən Emin üstündəki bıçaqla Kamalın qarın nahiyəsindən vurub

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar