Ru
14:00 / 05 Fevral 2025

Keçmiş diplomatın məhkəməsi başladı

Keçmiş diplomatın məhkəməsi başladı
674

Bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. İlkin dinləmələrdən sonra işin məhkəmə baxışına verilməsi müzakirə edilib.

Növbəti iclas fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, eks - diplomat ötən ilin iyulunda həbs edilib. İttihama görə, təqsirləndirilən şəxsin bıçaqladığı şəxs ağır xəsarət alıb, amma onun həyatını xilas etmək mümkün olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar