Ru
13:41 / 02 Yanvar 2025

Emin Milli uzun müddətdən sonra Azərbaycanda - FOTO

Emin Milli uzun müddətdən sonra Azərbaycanda - FOTO
Eye

Uzun müddətdir ki, Avropada mühacirətdə yaşayan jurnalist Emin Milli Azərbaycana qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə Emin Milli öz sosial şəbəkə hesabında məlumat verib.

O, Bakıda çəkdirdiyi fotosunu paylaşaraq “12 ildən sonra vətənə qayıtdım, bu hissləri təsvir etmək çox çətindir” sözlərini yazıb.

Jurnalist Şuşaya da getdiyini bildirib: “2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq”.

Qeyd edək ki, Emin Milli və dostu Adnan Hacızadə 2012-ci ildə həbsdən azad edildikdən sonra ölkəni tərk etmişdilər. Bundan sonra Emin Milli Almaniyada yaradılan “Meydan TV” media resursunun rəhbəri kimi fəaliyyət göstərmiş, 2019-cu ildə isə həmin təşkilatla vidalaşmışdı.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar