Ru
21:44 / 02 Oktyabr 2024

Əminə Məhəmməd Azərbaycana gələcək

551
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosuna açıqlamasında bildirib.

Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak edəcək:

“Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək”, - sözçü bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar