"Antalyaspor" Aleks De Souza ilə yollarını ayırıb və Əmrə Bəlözoğlunu baş məşqçi təyin edib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın yaydığı açıqlamada bildirilir.
Qeyd edilir ki, "Antalyaspor" baş məşqçi Əmre Bəlözoğlu ilə 1,5 illik müqavilə imzalayıb:
" Baş məşqçimizi salamlayır və qırmızı-ağ gerbimizin altında ona uğurlar arzulayırıq".
Əmre Bəlözoğlu sonuncu dəfə “Ankaragücü”ndə çalışıb. Buna qədər isə Belözoğlu "Fənərbaxça"da ehtiyat məşqçi olub. O, həmçinin 2021-23-cü illər arasında "Başakşehir"də çalışıb.
Elgün,BakuPost