Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:26 / 22 İyun 2023

Ən qeyri-adi gözəllik yarışması - Ən gözəl qurban - FOTO

6224
Türkiyə, Sultanqazi qurban bazarında “Ən gözəl qurban” yarışması keçirilib.

Bakupost.az xəbər verir ki, yarışma üçün İstanbula müxtəlif regionlardan qurbanlıq heyvanlar gətirilib.

Heyvanlar bəzədilərək 7 nəfərlik münsiflər heyətinin qarşısına çıxarılıb.

Münsiflər heyvanları çəkisinə, yaşına, xüsusiyyətlərinə, bədən quruluşuna, təmizliyinə görə qiymətləndirib.
Müsabiqə nəticəsində müəyyənləşən ilk 3 qurban mükafatlandırılıb.

Yarış çərçivəsində Çankırıdan 1 ton 30 kiloqram çəki ilə “Ilqaz” adlı qurban birinci, Tokatdan 1 ton 40 kiloqram çəki ilə “Yaraşıqlı” adlı qurbanlıq ikinci, Ordudan “Rəis” adlı 1 ton 5 kq ağırlığında olan qurbanlıq isə üçüncü yeri tutub.

Mükafat olaraq birinciyə tam, ikinciyə yarım, üçüncüyə isə üçdə bir qızıl verilib.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar