Amerikanın “iSeeCars” agentliyinin mütəxəssisləri beş ildən artıq müddətdə ən çox dəyər itirən avtomobilləri sıralayıb.
Bakupost.az xəbər verir ki, iSeeCars şərhçilərinin hesablamalarına görə, beş yaşlı Jaguar I-Pace sahibləri avtomobili yenidən satarkən onun dəyərinin 72,2%-ni və ya təxminən 51,9 min dollar itirirlər ki, bu, mütləq rekorddur.
İlk üç “anti-lider” siyahısına BMW 7 Series (67,1%) və Tesla Model S (65,2%) daxildir.
İlk onluğa həmçinin Infiniti QX80 (65%), Maserati Ghibli (64,7%), BMW 5 Series (64,7%), Nissan LEAF (64,1%), Maserati Levante (63,7%), Tesla Model X (63,4%) və Cadillac Escalade ESV (62,9%) daxildir.
Zaur,BakuPost