Ru
10:30 / 01 Aprel 2025

Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat

Endokrinoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat
Eye

Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova vəzifəsindən azad edilib.

Bakupost.az -ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Kəmalə Ağayeva gətirilib.

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirilib.

Qeyd olunub ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar