"Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində “Azərbaycanda birgəyaşayış” adlı növbəti video-müsahibəmiz saxurlara həsr olunub.
Bakupost.az xəbər verir ki, qonaqlar coğrafiya üzrə fəlsəfə doktoru, saxur dilində əlifba və digər kitabların müəllifi Cuma Məmmədov və saxur icmasından Qüdrət Əhmədov olub.
Qonaqlarla saxurların tarixi və müasir dövrdə sosial-mədəni inkişafı ilə bağlı söhbət aparılıb.