Martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında Ukraynada sülhə dair danışıqlar başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
“Rusiya və Amerika nümayəndə heyətləri Ukrayna böhranının həlli üçün bazar ertəsi, martın 24-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) danışıqlara başlayıblar”, - “Əl Ərəbiyyə” bildirib.
Görüş qapalı keçiriləcək. Jurnalistlərdən zalı tərk etmələri tələb olunub.
Amerika mediası tərəflərin iki ölkə arasında “nəzarət xətti”ni, həmçinin “etimadın gücləndirilməsi tədbirləri”ni, o cümlədən Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların geri qaytarılmasını müzakirə etməyi planlaşdırdığını bildirib.
Danışıqlar barədə məlumat verən mənbə bildirib ki, Amerika tərəfinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək səviyyəli direktoru Endryu Pik və Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Maykl Anton rəhbərlik edir. Onlar artıq martın 22-də Ukrayna tərəfi ilə görüşüblər.
Ağ Ev bildirib ki, danışıqların məqsədi Qara dənizdə azad yük daşımaları təmin edəcək atəşkəsə nail olmaqdır.
Zaur,BakuPost