Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası başa çatıb.
Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, Ərdoğan mühüm məsələlərin müzakirə olunduğu kritik görüşdən sonra açıqlamalar verib.
Prezident Ərdoğanın çıxışından diqqət çəkən məqamlar:
Küçə çağırışı edən CHP lideri Özgür Özəl başda olmaqla ana müxalifət partiyalarının rəhbərlərinin böyük bir şüursuzluq nümayiş etdirdiyini bildirən prezident Ərdoğan, "İddialara cavab vermək əvəzinə, siyasi tariximizin ən bəsirətsiz bəyanatlarına imza atdılar. Hadisələrin məsuliyyəti Özəl və yaxın ətrafının üzərindədir, onlarməhkəmə qarşısında verəcəklər" deyib.
Zaur,BakuPost