Dünya və region çətin günlərdən keçir.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.
Onun sözlərinə görə, koronovirus pandemiyası iqtisadiyyatdan ticarətə, təhlükəsizlikdən sosial həyata qədər hər sahədə yeni problemlərə yol açıb.
Ərdoğan xatırladıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibə 2025-ci ilin fevralında dördüncü ilinə qədəm qoyacaq: “İsrailin Qəzzaya hücumlarından isə 440 gün keçir. Əlbəttə, bütün müharibələr, böhranlar ölkəmizə də təsir edir. Amma Türkiyə bütün bu xaosun işində sabitlik adası kimi rəğbət qazanır, bölgənin açar ölkəsi rolunu oynayır”.
Türkiyə lideri söyləyib ki, bəzi çətinliklər olsa da, ölkəni gözəl günlər gözləyir: “Xalq olaraq bir az da səbr etsək, inşallah, bütün sahələrdə hədəflərimizə çox yaxınlaşacağıq. "Türkiyə əsri"nin parlaq günlərini birlikdə görəcəyik”.