Ru
21:11 / 18 Dekabr 2024

Ərdoğan: İsrail Livana dəyən zərəri ödəməlidir

Ərdoğan: İsrail Livana dəyən zərəri ödəməlidir
Eye

İsrail Livana dəyən ziyanı ödəməli və beynəlxalq ictimaiyyət yəhudi dövlətinə təzyiqlərini davam etdirməlidir.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu müddət ərzində biz mütəmadi olaraq əziz qardaşım Nəcib Mikati ilə məsləhətləşmələr apardıq. O, ölkəsi üçün bu çətin dövrdə liderlik nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi riayət etməsi və Livana vurduğu zərərin ödənilməsi üçün İsrailə təzyiqlərini davam etdirməlidir”, - Ərdoğan bildirib.

O qeyd edib ki, “Qəzza zolağında atəşkəs və daimi sülh olmadan region sabitliyə nail ola bilməyəcək”.

Zaur, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar