Ru
10:19 / 29 Mart 2025

Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi

Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki aydır ölkə gündəmini zəbt edən yeniyetmənin qətli ilə bağlı onun ailəsi ilə əlaqə saxlayıb.


Bakupost.az “Habertürk”ə istinadən xəbər verir ki, Ərdoğan Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Akıncılar Minguzziyə telefonla zəng edib.

Ölkə başçısı Y. Minguzziyə cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirib: “Allah səbir versin, Ahmetin məkanı cənnət olsun. Bayramdan sonra daha münasib vaxtda görüşərək dərdinizi paylaşmaq istəyirəm”.

Yasemin Minguzzi prezidentə təşəkkür edib, həmçinin hadisəni törədənlərin yetişkin kimi mühakimə olunmasını istədiyini bildirib.

Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı ekspertlər şübhəlilərin 18 yaşından kiçik olmalarının ala biləcəkləri cəzanın şiddətinə təsir edəcəyini bildiriblər. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar