Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır. Türkiyə Suriyaya hər cür dəstəyi verəcək.
Bakupost. az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
O bildirib ki, tez bir zamanda Türkiyənin Dəməşqdəki səfirliyinin işi bərpa edildi: "Dünən xarici işlər nazirimiz Hakan Fidan Dəməşqdə idi. Müvəqqəti administrasiya ilə çox isti danışıqlar apardıq. Ümid edirəm ki, gələcəkdə səfərlərimizin sayı artacaq. Biz hər şeyi təmin edəcəyik".
Dövlət başçısı qeyd edib ki, sabit Suriya bütün region üçün təhlükəsizlik mənbəyinə çevriləcək: "Suriya nə qədər dinc olarsa, bölgənin bütün sakinləri özlərini bir o qədər təhlükəsiz hiss edəcəklər. Türkiyə qonşu ölkənin ərazi bütövlüyünü dəstəkləyir".