Ru
16:41 / 03 İyul 2024

Ərdoğan-Putin görüşü başladı: Qarşılıqlı açıqlamalar gəldi

1160
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Astanada baş tutan 24-cü Zirvə toplantısı çərçivəsində Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşüblər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Sinop Elektrik Stansiyası ilə bağlı Rusiyayla danışıqlar apardıqlarını və bu istiqamətdə ciddi addımlar atacaqlarına inandığını bildirib.

Türkiyə və Rusiya arasında ticarətin həcminə də toxunan Ərdoğan “Hədəfimiz 100 milyard dollara çatmaq idi, buna nail olacağımıza inanıram, belə bir potensialımız var" deyib.
Putin isə yaşanan bütün çətinliklərə baxmayaraq, Rusiya ilə Türkiyə arasında əlaqələrin addım-addım irəlilədiyini bildirib:

“Biz strateji layihələrimizi Türkiyə ilə planlı şəkildə həyata keçiririk. Keçən il Türkiyəyə 6,7 milyon rusiyalı turist gəlib, turizmdə rekord qırdıq”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər