Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolunun Kartalkaya bölgəsində "Grand Kartal" otelində baş verən yanğından sonra faciə yerini ziyarət edib.
Bakupost.az Yenisabah.az -a istinadla xəbər verir ki, yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak edən dövlət başçısı dərin kədərini ifadə edərək ağlayıb.
Qeyd edək ki, hadisə ötən gecə saat 03:00 radələrində 12 mərtəbəli oteldə baş verib. Hadisə zamanı oteldə olan 238 nəfərdən 79-u həyatını itirib, 51 nəfər yaralanıb. Rəsmi məlumata görə, hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Səhiyyə Nazirliyi açıqlamasında xəsarət alan 29 nəfərin artıq evə buraxıldığını, 22 nəfərin müalicəsinin davam etdiyini bildirib. Bu faciə Türkiyədə böyük rezonansa səbəb olub.