Ru
10:40 / 24 Aprel 2025

Ərdoğan zəlzələyə görə küçədə qalan insanlarla görüşdü – VİDEO

Ərdoğan zəlzələyə görə küçədə qalan insanlarla görüşdü – VİDEO
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən sonra evlərinə qayıtmağa qorxan və gecəni küçələrdə keçirən insanlara baş çəkib.

Bakupost.az xəbər verir ki, vətəndaşlarla söhbət edən Ərdoğan daha sonra uşaqlarla xatirə şəkli çəkdirib.

O, həmçinin nazirlər və rəsmilər tərəfindən görülən işlər barədə məlumat alıb.
Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.
Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk ediblər. Təşviş içində olan və evlərinə getmək istəməyən sakinlər gecəni məktəb həyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar