Ərdoğandan Putin və Merkel haqqında MARAQLI ŞƏRH - VİDEO
1252
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb.
O, bu iki liderdən birinin özü, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib:
“Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum üçün demirəm, faktlara əsaslanaraq bildirirəm. 22 ildir hakimiyyətdəyəm. Putində də təqribən o qədərdir. Hazırda əlbəttə, diplomatik proses davam edir. Ümid edirəm ki, bu dialoqları davam etdirə biləcəyik”.
Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya Kansleri Angela Merkel 2021-ci ildə postunu tərk etdikdə həmin ölkədə siyasət başa çatıb.
Ərdoğan, sevdiyi liderlərdən birinin də Şröder olduğunu bildirib:
“Şröderin bizə qarşı çox fərqli bir hörməti var idi və həqiqətən yaxşı bir lider idi. Onun bizimlə münasibətləri çox xüsusi idi. Məsələn, Ramazan ayında mənimlə eyni masada oturduqda Şröder alkoqol qəbul etməzdi. Belə hörmətli və fərqli bir insan idi. Şröderlə indi də dialoqumuz davam edir. Hətta bəzən Türkiyəyə gəldiyi də olur. Almaniya siyasətində Şröderin mövqeyi həmişə çox güclü olub. Mənim arzum odur ki, Türk siyasətində də Şröderə bənzər siyasətçilər olsun".