Ru
10:51 / 22 Aprel 2025

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz” sualına - CAVAB

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz” sualına - CAVAB
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

Bakupost.az xəbər verir ki, o bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə – məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar