Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:39 / 03 Dekabr 2024

Ərdoğanın Putindən iki tələbi... - ŞƏRH

673
"Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb. Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsinin vacibliyini bildirib".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlarına yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi, Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın. Bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürdüyü durumda deyil", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Türkiyə KİV-in məlumatına görə, onlar telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar