Ru
10:29 / 11 Aprel 2025

Ərəblərin “Yeni Türkiyə” xəritəsi aranı qarışdırdı – FOTO

Ərəblərin “Yeni Türkiyə” xəritəsi aranı qarışdırdı – FOTO
Eye

Sosial şəbəkələrin Türkiyə seqmentində Misirin orta məktəb coğrafiya kitabına aid olduğu qeyd edilən bir foto ciddi müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, fotoda Türkiyə xəritəsi və Yaxın Şərq regionu əks olunub.


Lakin Türkiyənin şərq bölgəsi tamamilə Suriya ərazisi kimi təsvir edilib. Gürcüstan və Ermənistan əraziləri isə demək olar ki, əksinə Türkiyənin ərazisi kimi təqdim olunub.

Sözügedən foto Türkiyə ictimaiyyətində böyük rezonans doğurub. Xəritədən şərq bölgəsinin silinməsi və Suriya ərazisi kimi təqdim edilməsi isə təxribatçı addım kimi dəyərləndirilib.

Xüsusilə neçə müddətdir kürdlərin daha çox məskunlaşdığı şərq bölgələrində müşahidə olunan gərginlik fonunda bu məsələ narahatlığı artırıb.

Həmin fotonu təqdim edirik:



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar