Ru
15:39 / 02 İyul 2024

Erkən nikahlar ən çox cənub bölgəsində yayılıb - FOTO

1438
Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikahlar əleyhinə alyans” adlı layihəni uğurla həyata keçirir.

Bakupost.az xəbər verir ki, layihə çərçivəsində cari ilin iyun ayında Astara, Lənkaran və Lerik rayonlarındakı Gənclər evi və Heydər Əliyev Mərkəzində 11-16 yaş arası 80 nəfər yeniyetmə gənc qızlar üçün 4 günlük maarifləndirici inkluziv tədbirlər keçirib.


Statistikaya görə Azərbaycanın erkən nikahlara ən çox məruz qalan cənub bölgəsində həyata keçirilən maarifləndirici tədbirlərdə Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova “Erkən nikahlar əleyhinə alyans!” adlı layihəyə başladıqlarını bildirərək 80 nəfər yeniyetmə gənc qızlara və onların valideynlərinə dünyada da geniş yayılan erkən nikah problemləri barədə ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil almaqla vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib.





Tədbirlərdə təlimçi və ekspertlər tərəfindən iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ayrılıqda ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmələr həyata keçirilib, tövsiyələr verilib.




Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu Lənkaran, Lerik və Astara rayonlarında 11-16 yaşlı qızları cinayət sayılan erkən nikah qurmaqdan çəkindirmək, ictimai qınaq formalaşdırmaq və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına töhfə verməkdir.
Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.


Qeyd edək ki, layihə çərçivəsində, “Erkən nikahlar əleyhinə yox!” adlı maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər