Ru
13:29 / 06 Mart 2025

Erməni bloqer Azərbaycandan sığınacaq istədi

Erməni bloqer Azərbaycandan sığınacaq istədi
Eye

Erməni bloqer və aktivist İşxan Verdyan Prezident İlham Əliyevə müraciət edərək Azərbaycandan siyasi sığınacaq istəyib.

Bakupost.az xəbər verir ki, hazırda İstanbulda yaşayan Verdyan bu barədə teleqram kanalında paylaşım edib.

O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə Ermənistanda onun barəsində cinayət işi başladılıb.

Verdyan vurğulayıb ki, Ermənistan hökuməti ona ömürlük həbs cəzası vermək istəyir: “Bildirmək istəyirəm ki, Ermənistana qayıtmağım həbsimə gətirib çıxaracaq, beynəlxalq axtarışa verilməyim isə Ermənistanda həbsxanadan başqa digər hər yerin qapılarını mənə bağlayır. Hörmətli cənab Prezident, mövcud reallıqları və vətəndaşlığım olan ölkəyə qayıtmağımın qeyri-mümkünlüyünü nəzərə alaraq, mənə Azərbaycanda siyasi sığınacaq verməyinizi xahiş edirəm”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar