Ru
12:47 / 03 İyul 2024

Erməni casus sirli məlumatları necə ötürüb? - Cinsi maraq iddiası

4074
Xəbər verdiyimiz kimi, Ermənistanda hərbçi Azərbaycanın xüsusi xidmət orqanlarına dövlət əhəmiyyətli məlumatların ötürülməsində ittiham edilir.

Bakupost.az –ın məlumatına görə, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, həmin şəxs 2023-cü ilin yanvar ayından kiçik çavuş rütbəsi ilə müqavilə əsasında xidmətdə olarkən “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə saxta hesabla şəbəkədə qeydiyyatda olan Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqə yaradıb:


"Sevgi söhbətləri nəticəsində xüsusi xidmət orqanının əməkdaşı Ermənistan Silahlı Qüvvələrinin qeyd olunan müqaviləli əsgəri ilə yaxın münasibət qurub və onu ələ alıb. Bundan sonra 43 yaşlı kişi cinsi marağı əsas götürərək, daimi təmasda olmaq məqsədilə Azərbaycan kəşfiyyatçısının göstərişi ilə 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına kimi dövlət və xidməti sirr təşkil edən məlumatları, o cümlədən hərbi sahəyə - silahlar, onların miqdarı və növü, döyüş mövqelərinin yerləşdiyi yerlər, komandanlıq heyətinin şəxsi məlumatları, döyüş mövqeləri üzrə bir sıra sənədlər və s. haqda informasiyalar toplayaraq qarşı tərəfə ötürüb".


Qeyd olunur ki, faktla bağlı cinayət işi başlanıb. İrəvan sakininə Ermənistan Cinayət Məsəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Həbs edilən həmin şəxs hətta bir sıra etiraflar edib.


Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər