Ru
16:32 / 20 Sentyabr 2024

Erməni keşiş köhnə ampluasında: "Sonun başlanğıcıdır"

565
Erməni keşiş köhnə ampluasında: "Sonun başlanğıcıdır"

Bakupost.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu sentyabrın 22-də İrəvanda keçiriləcək görüş ərəfəsində “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Biz yenidən təşkilatlanma və gərgin görüşlər dövrünü yaşadıq. Demişəm və bir daha təsdiq edirəm ki, bu əsəb savaşında səbrli, israrlı olan qalib gələcək. Mən bu rəhbərliyi öz üzərimə götürmüşəm və qələbəyə qədər gedəcəyəm”, - Qalstanyan sentyabrın 22-də saat 14:30-da Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçiriləcək görüş barədə xatırladıb.

"Sonun başlanğıcı, bir yumruq kimi birləşməyin vaxtı gəldi", - deyə erməni arxiyepiskop bildirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar