Ru
12:31 / 11 Aprel 2025

Ermənilər Araza zəhər axıdır - Açıqlama

Ermənilər Araza zəhər axıdır - Açıqlama
Eye

“Metsamor Atom Elektrik stansiyasında qurğu çox mürəkkəb olduğu üçün çirklənmə həddən artıq yüksək olur. Atom qurğusundan istifadə etməklə su qızdırılır, yüksək temperatura çatdırılır. Daha sonra su buxar halına keçir və turbinə ötürülərək elektrik enerjisi əldə olunur. Həmin su yenidən maye hala keçirilir. Bu zaman radioaktiv maddələrlə çirkləndirmə baş verir. Həmin su ən yaxın çay olan Araz çayına axıdılır. Suda qurğuşun, arsen, mis, maqnezium tullantıları yaranır. Suyun dibinə çökən maddələr çayı zəhərləyir".

Bunu Bakupost.az -a “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, Araz çayının çirklənməsinin ikinci mərhələsi Oxçuçay vasitəsilə baş verir. Oxçuçayın hövzəsində Qacaran, Qafan və bir çox mədən sənaye obyektləri var. Dağ mədən sənayesi obyektlərində metal elementləri istehsal olunur. İstehsal prosesində sudan çox istifadə edilir. Həmin emal olunan elementlərdən misi və.s ayırmaq üçün 350-400 tona yaxın su istifadə edilir və ən yaxınlıqdakı çaya axıdılır:
“Araz çayı həm İran sərhəddində, həm də Azərbaycana daxil olduqda artıq çirklənmiş vəziyyətdə olur. Çirklənmiş su çayın hövzəsində olan kiçik canlıların məhv olmasına səbəb olur. Daha sonra insanlara da zərər vurur. Aparılan monitorinqlər zamanı bəlli olub ki, çirklənmə həmin ərazilərdə həddən artıq çoxdur".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar