Ru
16:59 / 24 İyul 2024

Ermənilərə sülhü pozmaq üçün vədlər verilib? - Açıqlama

1798
“Erməni tərəfinin əsassız iddiaları var. Buna görə də sülhyaratma prosesi ləngiyir. Hətta sülh üçün müəyyən edilmiş yoldan kənara çıxılır. Ernənistanın London görüşündən imtina etməsi də buna sübutdur. Məhz bu imtinaya görəLondon görüşündə konkret məsələlər üzrə razılıq əldə etmək alınmadı”.




Bu fikirləri Bakupost.az -a politoloq Qabil Hüseynli deyib.


Onun sözlərinə görə, faktiki olaraq erməni tərəfi hazırda prosesi pozmağa çalışır. Verilən vədlər onları sülhə gəlməkdən uzaqlaşdırır:


“Ermənistan konstitusiyasını dəyişdirmək istəmir. Son olanlar bunu bir daha sübut edir. Azərbaycan tərəfi isə haqlı olaraq israr edir. Sülh üçün fundamental prinsiplər hazırdır. Eyni zamanda əldə edilmiş müddəalar çərçivə sazişi üzərində razılaşdırılıb. Ancaq Ermənistan tərəfi konkret məsələlər üzrə razılıq əldə etmək istəmir, sülhdən qaçır. Təxribatlara əl atır. Bu günlərdə Kəlbəcər istiqamətində ermənilərin həyata keçirdikləri təxribat da buna sübutdur”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar