Ru
13:50 / 03 Mart 2025

Ermənistan Araz çayına zəhərli tullantılar buraxır - Pezeşkiana müraciət edildi

Ermənistan Araz çayına zəhərli tullantılar buraxır - Pezeşkiana müraciət edildi
Eye

Bir qrup vətəndaş və ətraf mühit fəalı Araz çayının çirkləndirilməsi ilə bağlı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb, onun ekoloji problemin həlli ilə bağlı tədbir görməsini istəyiblər.

Bakupost.az xəbər verir ki, bu barədə İranın "Xazar" xəbər saytında məlumat yayılıb.

"Son illərdə hökumət Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələni diplomatik və təhlükəsizlik məqsədləri xatirinə gizlədir. Ancaq artıq transsərhəd çayın ekosistemini və onun ətrafında yaşayan sakinlərin sağlamlığını təhdidini gizlətmək mümkün deyil",- müraciətdə yazılıb.

Müraciəti imzalayanlar Məsud Pezeşkianın vətəndaşların təhlükəsizliyini təmin edəcəyi barədə and içdiyinə diqqət çəkərək, onun Araz çayının çirkləndirilməsi nəticəsində vətəndaşların sağlamlıqlarının təhlükəyə düşməsinə laqeyd yanaşmamasını tələb ediblər.

Onlar ekoloji problemin araşdırılması və həlli üçün təkliflər irəli sürüb, səbəbkarlar barədə tədbir görülməsini tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl iranlı ekoloqlar və bəzi millət vəkilləri Ermənistanın zəhərli tullantıları Araz çayına axıdılması ilə bağlı bir neçə dəfə məsələ qaldıraraq İran hökumətinin problemlə bağlı əməli tədbir görməsini təklif ediblər.

Onlar siyasi maraqlar səbəbindən İran hökumətinin ekoloji problemi ört-basdır etdiyini deyib, vətəndaşların sağlamlığını siyasi maraqlara qurban verməkdə günahlandırıblar.

Ekspertlərin fikrincə, Ermənistanın köhnəlmiş Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının çaya axıdılması, Araz çayının çirkləndirilməsində əhəmiyyətli dərəcədə rol oynayır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar