“Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi region üçün böyük perspektivlər vəd edir. Həmçinin erməni tərəfi sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycandan qaz almaq istədiyini bildirir. Təbii ki, İrəvana enerji verilməsi onun Bakıdan asılı olması deməkdir. Bununla Ermənistan Azərbaycandan tam asılı vəziyyətə düşə bilər”.
O qeyd edib ki, Ermənistan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, prosesə mane olan addımlar atmır:
"Bölgədə daimi sabitlik üçün fundamental sülh razılaşmasına imza atmaq lazımdır. Çünki prosesin uzanması regiona yaxşı heç nə vəd etmir".
Sevinc,
BakuPost