Ru
10:27 / 04 Mart 2025

Ermənistan baş nazirindən yollara nəzarətlə bağlı Bakıya təklif

Ermənistan baş nazirindən yollara nəzarətlə bağlı Bakıya təklif
Eye

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və enerji xətlərinin açılmasına hazırıq.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Dəmir yolu ilə yanaşı, Azərbaycanın qərb rayonlarından Naxçıvana boru kəmərləri, elektrik xətləri və kabellərin çəkilməsini təmin etməyə hazırıq. Həmçinin qarşılıqlılıq əsasında keçid prosedurlarının bəzi sadələşdirilməsini və avtomatlaşdırılmış mexanizmlərin tətbiqini həyata keçirməyə hazırıq”, - baş nazir bildirib.

Açılacaq yollara nəzarət məsələsinə gəlincə, Paşinyan əlavə edib:

“2022-ci ildə Azərbaycanla problemlərin həlli kontekstində sərhəddən keçərkən, gömrük və digər nəzarət funksiyalarını qarşılıqlılıq prinsipi əsasında beynəlxalq ixtisaslaşmış təşkilata həvalə etməyi təklif etmişik”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar