Ru
20:49 / 28 İyun 2024

Ermənistan bu kəndi Azərbaycana qaytarmağa hazırlaşır

1474
Ermənistan hökuməti Sədərək rayonunun Kərki kəndini Azərbaycana qaytarmağa hazırlaşır.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin "Tiqranaşen" adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən "ola bilsin, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil" deyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər