Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:35 / 28 Oktyabr 2024

"Ermənistan dəhlizin icrasında maraqlı deyil" - Açıqlama

715
“Azərbaycanın bu günədək həyata keçirdiyi layihələr ölkəmizin bütün istiqamətlərə sərbəst çıxışını təmin edir. Hazırda ölkə ərazisindən bir neçə nəqliyyat marşrutu keçir və onların inkişafı istiqamətində addımlar atılır. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi həm də Azərbaycan ərazisindən keçən marşrutların bir hissəsinə çevrilə bilər. Bu da ayrı-ayrı beynəlxalq dəhlizlər arasında əlaqələrin yaranmasına töhfə verə bilər”.



Bunu Bakupost.az -a millət vəkili Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasında, kommunikasiyaların blokdan çıxarılmasında ilk növbədə, Ermənistan daha çox maraqlı olmalıdır. Amma nəqliyyat dəhlizlərinə geosiyasi kontekstdən yanaşan və ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edən Ermənistan bu istiqamətdə konkret mövqe göstərə bilmir. Ona görə də proses uzanır:

“Fundamental problemin aradan qalxması Ermənistanın atacağı addımlarla bağlıdır. Dəhlizin açılması üçün rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Amma Ermənistan Zəngəzur dəhlizinin icrasında maraqlı görünmür”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar