Ru
10:58 / 07 Noyabr 2024

"Ermənistan ərazisi hücum silahları ilə doldurulur” - Açıqlama

"Ermənistan ərazisi hücum silahları ilə doldurulur” - Açıqlama
Eye

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmasa, münasibətlərin normallaşmasına dair hər hansı paraflanmış bir sənədin imzalanması da məbul sayılır. Azərbaycanın bir müddət əvvəl təklif etdiyi tezis də bundan ibarətdir”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov söyləyib.

Onun dediyinə görə, ehtimal ki, bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında hansısa bir paraflanmış sənəd imzalansın:

“Paraflanmış sənədinin imzalanması yekun bir nəticə deyil. Azərbaycanla Ermənistan arasında problemlər qalmaqdadır. Bu problem ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Ermənistanın hərbiləşdirilməsi də burada əsas problemlərdən biri hesab edilir. Faktiki olaraq bu gün Ermənistan ərazisi kütləvi şəkildə hücum silahları ilə doldurulur”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar