“Ermənistanın yeni konstitusiya layihəsində Qərbi azərbaycanlılarla bağlı hansısa müddəanın yer alması gözlənilmir. Amma ümumi olaraq, etnik azlıqlar, onların hüquqları ilə bağlı hansısa məsələlər sənəddə əksini tapa bilər”.
Bunu
Bakupost.az -a siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
O qeyd edib ki, Ermənistanın etnik azlıqlara olan yanaşması hər kəsə bəllidir:
"Orada başqa xalqlardan olan çox az insan yaşayır. Bu ölkədə bir nəfər də azərbaycanlı yaşamır. Ona görə də Ermənistanda bu məsələlərin qaldırılmasının praktiki əhəmiyyəti yoxdur".
Sevinc,
BakuPost