Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:12 / 29 İyul 2024

“Ermənistan genişmiqyaslı təxribatlara hazırlaşır” - Hərbi ekspertdən ŞOK

3761
İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxil edilib və ərazidən uzaqlaşdırılıb.




Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev son günlər Azərbaycan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin kifayət qədər ciddi təxribatlara yol verdiyini bildirib.

O, bu təxribatların ABŞ və Avropa İttifaqından göstərilən hərbi siyasi yardımlar nəticəsində mümkün olduğunu deyib:

“Çünki Ermənistan Azərbaycana qarşı təxribat törədəcək potensialını çoxdan itirib. Hazırda isə Ermənistanın törətdiyi bu təxribatlar daha genişmiqyaslı təxribatlara hazırlıq məqsədi daşıyır. Azərbaycan Ordusunun yerləşdiyi mövqelər istiqamətində kəşfiyyat xarakterli PUA uçuşları həyata keçirmək Ermənistan üçün ağrılı nəticələrə gətirib çıxaracaq. Daha əvvəl Tovuz, indi isə Laçın istiqamətində ordumuzun mövqelərinin dəqiqləşdirilməsi məqsədilə keçirilən bu uçuşlar növbəti döyüş əməliyyatlarına hazırlıq kimi dəyərləndirilir”.

Ə.Verdiyev Ermənistanın baş nazirinin sülh müqaviləsi bağlanmasını arxa plana keçirdiyini bildirib:

“Daha əvvəl Londonda görüşdən imtina edən Nikol Paşinyan bir daha yalnız sözdə sülhdən danışdığını nümayiş etdirib. O, əməldə Azərbaycanla sülh müzakirəsindən yayınır. Digər tərəfdən isə Paşinyanın vəzifəyə təyin etdiyi şəxslər Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər, güc tətbiqini mümkün hesab edirlər, ardınca isə erməni ordusu həm atəşkəsi pozur, həm də Azərbaycana qarşı kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusu fərari erməni ordusunu ağır şəkildə cəzalandırmayana qədər Ermənistan siyasi rəhbərliyi rahatlıq tapmayacaq”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Araz Sisyanlı

    Belə məlumatların mülahizəsi belə təhlükəlidir? Ötən illər kimi səy yox, səhih araşdırma ilə operativ-ciddi-adekvat-üstün hazırlıq gərək. BMT-dən Kremlə qədər heç bir dünyəvi qurumu, Gücü, saymayan Hərbi Soyqırım İşğalçısı Ermənistan faşizminin ardında, artıq bircə yox, Fransa, Hindistan, Kanada, ... dövlətlər qətiyyətlə yardım-müdafiə edirlər?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar