Ru
11:42 / 21 Noyabr 2024

Ermənistan Hindistandan 78 ədəd ATAGS alır

Ermənistan Hindistandan 78 ədəd ATAGS alır
Eye

Ermənistan 78 ədəd yedəkli artilleriya qurğusu ATAGS-ın alınması ilə bağlı Hindistanla danışıqlar aparır.

Bakupost.az xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” nəşri məlumat yayıb.

Ermənistan bundan əvvəl 6 haubitsadan ibarət ilk partiyanı Hindistandan alaraq, onları yüksək dağlıq və düzənliklərdə geniş sınaqlardan keçirib.

Sınaqlar uzaq məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqlədiyindən Ermənistan hakimiyyəti bu silahın sayını artırmağa qərar verib.

Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasının təkmilləşdirilməsi üçün hərbçilərin istəklərini birləşdirməyə çalışır. Artıq sistemə daxil edilmiş funksiyalar arasında - silahların işini asanlaşdıran erməni dilində interfeysin olduğu bildirilir.

"Əlavə 78 ATAGS üzrə perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələ sayılacaq", - adıçəkilən nəşr yazıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar